08 
Okt
2023
15:37
320

İrakli Ğaribaşvili: "Azərbaycanla çox uzunmüddətli strateji tərəfdaşlıq etmək istəyirik"

"İlham Əliyevlə görüşdə ticarət və iqtisadiyyat məsələlərindən danışdıq, enerji, nəqliyyat, logistika məsələlərini müzakirə etdik, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir, hər il ilk beşliyə düşür. Bu il ticarət dövriyyəsi 15 faiz artıb, ötən il də rekord il oldu".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi brifinqdə deyib.

Ğaribaşvilinin sözlərinə görə, Gürcüstan Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığını davam etdirir.

“Yük daşımalarının həcmi artıb. Ümumiyyətlə, biz enerji, nəqliyyat, logistika və ya hər hansı digər sahədə bütün məsələlərdə çox uğurla əməkdaşlıq edirik. Dəmir yollarımızın da çox uğurlu əməkdaşlığı var. Həmçinin, “Orta Dəhliz”in inkişaf perspektivlərini nəzərdən keçirdik, Azərbaycan və Qazaxıstanla bu dəhlizin çox sürətlə inkişaf etdirilməsi istiqamətində işləyirik ki, bu da dəmir yollarının modernləşdirilməsini, limanların genişləndirilməsini və tikintisini, yolların modernləşdirilməsini nəzərdə tutur. Bununla bağlı Azərbaycan genişmiqyaslı işlərə başlayıb, Gürcüstanda da dəmir yolunun modernləşdirilməsi ilə bağlı işlərə başlamışıq, bu iş 2024-cü ilin sonuna qədər başa çatdırılacaq və dəmir yolunun ötürücülük qabiliyyəti artacaq, ikiqatına çıxacaq”, - Ğaribaşvili bildirib.

Bundan əlavə, İlham Əliyevlə birgə keçirdiyi brifinqdə İrakli Ğaribaşvili Azərbaycanla birgə layihələrdən danışıb.

 “Biz həmçinin yeni limanın, Anaklia limanının tikintisinə başlayırıq. Sonuncu mərhələ başa çatdıqdan sonra limanın gücü 100 milyon ton olacaq. Həmçinin Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi də çox yaxında başa çatacaq. Biz bütün bu layihələrdə Azərbaycanla əməkdaşlıq edirik. Bundan əlavə, bir neçə aydan sonra tarixi, strateji əhəmiyyətə malik layihə, uğurla davam edən Bakı-Tbilisi-Qars layihəsi başa çatacaq. Bizim çox aydın perspektivimiz var, uzaqgörən baxışımız var. Biz Azərbaycanla çox uzunmüddətli strateji tərəfdaşlıq və dostluq münasibətləri qurmaq istəyirik. Bizim birgə baxışımıza inanıram”, – Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın