Cozef Borell: “ Aİ “Həmas”ın həyata keçirdiyi hücumları qətiyyətlə pisləyir və onu dayandırmağa çağırır”
Avropa İttifaqı “HƏMAS”ın bütün İsrail ərazisində həyata keçirdiyi çoxsaylı və ayrı-seçkilik olmadan hücumlarını qətiyyətlə pisləyir və insan tələfatına görə dərin kədərini ifadə edir”
InterPress.ge xəbər verir ki, bunu Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borell bildirib.
“Aİ gərginliyi daha da artıran və Fələstin xalqının sülh istəklərini sarsıdan bu mənasız hücumlara və zorakılığa son qoymağa çağırır”, - bəyanatda deyilir.
Cozef Borrell vurğulayır ki, İsrail özünü müdafiə etmək hüququna malikdir.
“Aİ bu cür şiddətli və ayrıseçkilik etmədən hücumlar qarşısında beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququna malik olan İsraillə həmrəylik nümayiş etdirir”, - deyə Borell bildirib.


