07 
Okt
2023
19:54
435

Fələstin Xarici İşlər Nazirliyi: ”Sülh üçün yeganə zəmanət İsrailin Fələstini işğalına son qoymasıdır”

"Sülhün yeganə təminatı Fələstinin İsrail tərəfindən işğalına son qoyulmasıdır" 

InterPress.ge xəbər verir ki, bu barədə Fələstinin Xarici İşlər Nazirliyi bildirib.
 

Fələstin Xarici İşlər Nazirliyinin bəyanatına görə, İsrailin Fələstin ərazisini işğalına son qoyması regionda “təhlükəsizlik, sabitlik və sülhün” yeganə təminatıdır.

Fələstin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Bölgəmizdə təhlükəsizlik, sabitlik və sülhə zəmanət verən İsrailin Fələstini işğalına son qoyması və Fələstin xalqının müstəqillik və suverenlik hüququnun tanınmasıdır”.
Biz hər kəsi gündəlik təxribat və hücumların nəticələri, işğalçı İsrail qüvvələrinin davamlı terroru, Məscidül-Əqsa və digər xristian və islami müqəddəs yerlərə basqınları barədə xəbərdar etmişik"

Bizimlə əlaqə saxlayın