Gürcüstan XİN: “ İsrailə baş vermiş hücum nəticəsincə yaralananlar arasında Gürcüstan vətəndaşları yoxdur”
Gürcüstanın İsraildəki səfirliyi Gürcüstan vətəndaşları ilə əlaqədədir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, xəsarət alanlar arasında Gürcüstan vətəndaşları yoxdur. Hazırda İsrailin müvafiq xidmətləri ilə əlaqə davam edir.
“Səfirlik Gürcüstan vətəndaşları ilə əlaqə saxlayır. Bu dəfəki məlumata görə, xəsarət alanlar arasında Gürcüstan vətəndaşları yoxdur. Bununla belə, biz İsrailin vətəndaşları və müvafiq xidmətləri ilə əlaqə saxlamağa davam edirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumat üçün bildirək ki, Qəzza zolağından İsrail istiqamətində həyata keçirilən raket hücumu ilə əlaqədar İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.
İsrail mətbuatının məlumatına görə, hücum nəticəsində azı 22 nəfər ölüb, 100-dən çox insan yaralanıb.


