İrakli Ğaribaşvili: “ Qranadada baş tutmuş görüşlərdə ölkəmizin 12 prioritetlə bağlı əldə etdiyi mühüm irəliləyiş vurğulandı”
"Mən İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etmək şərəfinə nail oldum. Avropa liderləri ilə çox səmərəli görüşlərim oldu"
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Twitter” sosial şəbəkəsində yazıb.
Hökumət başçısı qeyd edir ki, görüşlərdə Gürcüstanın 12 prioritetlə bağlı əldə etdiyi mühüm irəliləyiş vurğulanıb.
“Mən İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak etmək şərəfinə nail oldum. Avropa liderləri ilə çox səmərəli görüşlərim oldu. Belə yüksək səviyyəli dialoq Gürcüstan üçün lazımdır. Görüşlərdə 12 prioritetlə bağlı əldə etdiyimiz mühüm irəliləyiş vurğulandı, çünki ilin sonunadək Gürcüstan həqiqətən də Avropa İttifaqına namizəd statusuna layiqdir”, - Baş nazir qeyd edib.


