06 
Okt
2023
16:19
501

Gürcüstanda prezident seçkiləri keçirilə bilərmi? - Hakim partiya sədrindən açıqlama

"Yeni prezidentin seçilməsi proseduru barədə danışmaq hələ tezdir”.

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu” partiyasının sədri, çoxluğun lideri İrakli Kobaxidze jurnalistin sualını cavablandırarkən deyib.

 “Salome Zurabişvili radikal müxalifətə ümid etməklə Gürcüstan Konstitusiyasını pozdu. O, əmindir ki, Konstitusiya Məhkəməsi hansı qərarı versə də, radikal müxalifət yenə də onun impiçmentini dəstəkləməyəcək. Odur ki, prosesləri gözləyək. Seçki prosedurundan danışmaq hələ tezdir, amma konstitusiyada nə yazılıb – 300 nəfərlik kollegiya var ki, müvafiq müddətə prezidenti seçir, prosedurlar müəyyənləşib. Bu proses təxminən bir ay, bir ay yarım çəkə bilər. Amma hələ ki, impiçment prosesi davam etdiyi üçün bu barədə danışmaq tezdir”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın