06 
Okt
2023
11:52
378

Aİ səfiri: "Gürcüstandan pis siqnallar gəlir"

"Gürcüstandan pis siqnallar gəlir, o cümlədən prezidentin impiçmenti və Milli Bankın müstəqilliyi məsələsi".

InterPress.ge xəbər verir ki, bunu Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

O, Gürcüstan tərəfindən Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsi/yetirilməməsi məsələsinə toxunub.

"Bir ildir ki, buradayam və bu müddət ərzində bəzi siyasətçilərdən eşidirəm ki, Gürcüstan bütün tövsiyələri yerinə yetirib, digərlərindən isə eşidirəm ki, heç nə yerinə yetirilməyib. Məncə, hər şey o qədər də sadə deyil. Bu o deməkdir ki, bir tərəfdən, xüsusən də son həftələr yüksək nümayəndənin səfərindən sonra çox iş görülüb, digər tərəfdən isə Gürcüstandan pis siqnallar gəlir və onlardan biri də dövlət başçısının impiçmentidir. Prezidentin impiçmentinin əslində birinci prioritetə, yəni depolarizasiyaya qatqısı yoxdur. Milli Bankın müstəqilliyində də, problem var ki, bu da ikinci prioritetin yerinə yetirilməsinə kömək etmir, QHT-lərə və vətəndaş cəmiyyətinə təzyiqlər də var. İstənilən halda, Aİ-nin 27 ölkəsi hər şeyə qərar verəcək", - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın