05 
Okt
2023
21:47
305

Şarl Mişel: “ Genişlənmə məsələsini dekabrda Avropa Şurasının gündəliyinə qoyacağıq və genişlənmə ilə bağlı bütün məsələlələri, o cümlədən Gürcüstan məsələsini də müzakirə edəcəyik"

"Mən gürcü xalqına bildirmək istəyirəm ki, islahatları həyata keçirmək lazımdır. Bu prioritetdir" 

InterPress.ge xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa Siyasi Birliyinin sammitində  bildirib.

Onun sözlərinə görə, dekabrda genişlənmə məsələsi Avropa Şurasının gündəliyində olacaq və bu liderlər tərəfindən müzakirə olunacaq. Müzakirələr arasında Gürcüstan məsələsi də var.

“Gürcüstan haqqında onu deyə bilərəm ki, bilirsiniz ki, noyabrda Avropa Komissiyası genişlənmə ilə bağlı hesabat dərc edəcək və bu gün mən təsdiq edə bilərəm ki, biz genişlənmə məsələsini dekabrda Avropa Şurasının gündəliyinə qoyacağıq və genişlənmə ilə bağlı bütün məsələlələri, o cümlədən Gürcüstan məsələsini də müzakirə edəcəyik"- deyə Mişel bildirib.

Avropa Şurasının prezidenti Gürcüstan xalqına olan  “mesaj”ı da şərh edib.

“Mən artıq bu suala cavab vermişəm, amma gürcü xalqına bildirəcəyəm - İslahatları həyata keçirin və islahatlarınızın Avropa standartlarına uyğun olduğundan əmin olun. İqtisadi islahatlar, antikorrupsiya islahatları, məhkəmə sisteminin müstəqilliyi - bunlar prioritetlərdir”, - deyə Şarl Mişel bildirib.

Bizimlə əlaqə saxlayın