“Rusiya Moldovanı, Gürcüstanı və Belarusu parçalamağa çalışdı”-Zelenski
"Müharibə Rusiyanın başqalarını əsarət altına almaq və ya manipulyasiya etmək üçün əsas alətidir"
InterPress.ge xəbər verir ki, bunu Vladimir Zelenski Avropa liderləri qarşısında çıxışında deyib.
O, işğalçı ölkənin qonşu ölkələrə qarşı təcavüzündən danışıb:
"Moskva daha çox imperiya məkanını fəth etmək, Avropanın azad millətlər və demokratiyalar məkanı olmasının qarşısını almaq, Avropanın birliyini pozmaq ambisiyasını açıq şəkildə ortaya qoydu. Bunun üçün müharibə Rusiyanın əsas alətidir, başqalarını əsarət altına almaq və ya manipulyasiya etmək üçün vasitədir. Rusiya onilliklər ərzində ölkələr üzərində nəzarəti saxlamağa, müharibələrə başlamağa və münaqişəni dondurmağa çalışıb.Rusiya Moldovanı incitdi, Gürcüstanı parçalayıb ayırmağa çalışdı, Belarusu yox etmək və Ukraynanın tərkibindən ərazilər almağa çalışır”- Vladimir Zelenski bildirib.


