"Qranadada əsas mesajımız Gürcüstan namizəd statusuna layiq olmasıdır" - İrakli Ğaribaşvili
"Qranadada bizim əsas mesajımız təbii ki, bu olacaq - Gürcüstan namizəd statusuna layiqdir".
InterPress.ge xəbər verir ki, bu barədə İrakli Ğaribaşvili Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammitinin açılışı öncəsi jurnalistlərlə söhbəti zamanı bildirib.
Gürcüstanın baş naziri gürcü nümayəndə heyətinin hansı məsələləri müzakirə edəcəyini açıqlayıb.
“Mən dəyirmi masa formatında iştirak edəcəyəm. Təbii ki, bizim üçün əsas odur ki, ölkəmiz Avropa perspektivli ölkə kimi tanınsın və indi avropalı həmkarlarımız tərəfindən növbəti addımların atılması və ölkənin layiqli namizəd statusu alması lazımdır. Bu mənim əsas mesajımdır.
Təbii ki, əsas müzakirə mövzusu həm də geosiyasi vəziyyət, regiondakı çətin vəziyyət, Ukraynadakı müharibə və digər problemlər olacaq. Ona görə də düşünürəm ki, bizim bu konfransda iştirakımız kifayət qədər səmərəli olacaq”, - baş nazir bildirib.
Gürcüstanın baş naziri bu gün İspaniyanın Qranada şəhərində açılacaq Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammitində iştirak edəcək.


