04 
Okt
2023
10:50
300

Konstitusiya Məhkəməsində prezidentin impiçmenti ilə bağlı təqdimatlarına baxılması bu gün davam etdiriləcək

Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı konstitusiya təqdimatının şifahi dinləməsini bu gün, oktyabrın 4-də davam etdirəcək.

InterPress.ge xəbər verir ki, proses saat 11:00-da yenilənəcək.

Gürcüstanın Konstitusiya Məhkəməsində prezident Salome Zurabişvilinin impiçmentinə baxılmasına dünən saat 12:00-da başlanılıb.

Məsələyə Konstitusiya Məhkəməsinin 9 hakimindən ibarət plenumda baxılır.

Dünənki iclasda prezidentin özü iştirak etməyib. Vəkillər Tamar Çuqoşvili və Maya Kopaleişvili məhkəmədə onun maraqlarını müdafiə ediblər.

Sessiyada təqdimatların müəllifləri qismində “Gürcü arzusu”nun sədri İrakli Kobaxidze və hakim partiyanın digər üzvləri: Anri Oxanaşvili, Giorgi Kaxiani və Tengiz Şarmanaşvili iştirak ediblər.

Bizimlə əlaqə saxlayın