Baş nazir: “Əminik ki, Aİ Gürcüstanın tərəqqisini, geosiyasi əhəmiyyətini tanıyacaq və ona namizəd statusu verməklə tarixi qərar verəcək”
"Biz əminik ki, Avropa İttifaqı Gürcüstana namizəd statusu verməklə daha bir tarixi qərar verəcək - Almaniyanın bu məsələdə güclü dəstəyini gözləyirik"
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Almaniyanın Birləşməsi Günü münasibətil keçirilən qəbulda çıxışında bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstanın Avropa perspektivinin tanınması Gürcüstanın Almaniya və Aİ-nin digər üzv dövlətləri ilə münasibətlərinə yeni təkan verib.
“Əziz dostlar, ötən ilin iyununda Gürcüstanın Avropa perspektivinin tanınması ölkəmizin Almaniya və digər Aİ-yə üzv dövlətlərlə münasibətlərinə yeni təkan verdi. O vaxtdan bəri Gürcüstan Avropa İttifaqının 12 tövsiyəsini yerinə yetirmək üçün səylə çalışır və ümid edirik ki, Avropaya inteqrasiya yolunda əldə etdiyimiz diqqətəlayiq irəliləyiş buna uyğun olaraq tanınacaq. Əminik ki, Avropa İttifaqı Gürcüstanın tərəqqisini və geosiyasi əhəmiyyətini tanıyacaq və Gürcüstana namizəd statusu verməklə daha bir tarixi qərar verəcək. Bu qərar Gürcüstanı Avropa İttifaqı ilə möhkəm bağlayacaq. Bu məsələdə Almaniyanın güclü dəstəyini gözləyirik”, - deyə baş nazir bildirib.


