İlya Darçiaşvili Avropa Komissiyasının vitse-prezidenti Dubravka Şuitsa ilə görüşüb
Strasburqa səfəri çərçivəsində İliya Darçiaşvili Avropa Komissiyasının vitse-prezidenti, demoqrafiya və demokratiya üzrə Avropa komissarı Dubravka Şuitsa ilə görüşüb.
InterPress.ge xəbər verir ki, məlumata görə, görüşdə Gürcüstanın Avropa Komissiyasının müəyyən etdiyi 12 tövsiyəni yerinə yetirməsi məsələsinə toxunulub.
Nazir Gürcüstan tərəfinin atdığı addımlar və əldə olunan nəticələr barədə Avropa Komissiyasının vitse-prezidentinə məlumat verib. İliya Darçiaşvili ümid etdiyini bildirib ki, avropalı tərəfdaşlar tərəfindən növbəti tarixi qərar qəbul olunacaq və Gürcüstana namizəd statusu veriləcək.
Tərəflər islahatların aparılması və demokratik təsisatların gücləndirilməsi məsələsindən danışıblar. Nazir Gürcüstan tərəfinin gələcək əməkdaşlığı gücləndirməyə hazır olduğunu bir daha təsdiqləyib.
Oktyabrın 3-4-də xarici işlər naziri Strasburqa işgüzar səfəri çərçivəsində Avropa komissarları ilə görüşlər keçirəcək.


