İrakli Kobaxidze Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında Salome Zurabişvilinin iştirak etməməsinə cavab verib
“Prezidentin gəlməməsi təbii ki, Konstitusiya Məhkəməsinə hörmətsizlikdir. O, konstitusiyaya zidd səfərlərə vaxt tapır, amma Konstitusiya Məhkəməsinə gəlmək üçün vaxt tapa bilmir ki, bu da çox üzücüdür”.
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Batumidə Konstitusiya Məhkəməsinin bu gün keçirilən iclasında prezident Salome Zurabişvilinin iştirak etməməsinə cavab verib.
İrakli Kobaxidzenin sözlərinə görə, “Gürcü Arzusu” komandası hazırkı prosesə nikbin baxır.
"Prezident özü də etiraf edib ki, səfərləri konstitusiyaya zidd olub, bunu açıqlamaları da sübut edir, məsələn, o, xaricdəki televiziyalardan birinə müsahibə verib və orada onun bu ölkədə olmağa rəsmi hüququ olmadığını bildirib. Bu, adi bir etirafdır”, - İrakli Kobaxidze jurnalistlərə bildirib.


