ABŞ səfirliyi USAİD-ə qarşı irəli sürülən iddiaları əsassız adlandırıb
"Bu gün dəstəklədiyimiz layihələrimizdən birinə qarşı irəli sürülən ittihamlar saxtadır və Gürcüstana yardımımızın məqsədlərini kökündən təhrif edir".
InterPress.ge xəbər verir ki, bu, ABŞ səfirliyinin bəyanatında deyilir.
“USAID 1992-ci ildən Gürcüstan əhalisinə dəstək verir. Həmişə olduğu kimi, bu dəstək şəffafdır və biz hökumətin hər hansı narahatlığını müzakirə etmək üçün istənilən fürsəti alqışlayırıq.
Vətəndaşların öz fikirlərini və istəklərini sərbəst ifadə etmək hüququ istənilən demokratiyanın təməlidir və hər iki ölkənin paylaşdığı dəyərdir. İki ildən artıqdır ki, USAID insanlara ailələri və icmaları üçün vacib olan məsələlərdə səslərini ucaltmağa kömək etmək üçün CANVAS ilə əməkdaşlıq edir.
CANVAS ilə əməkdaşlıq çərçivəsində uşaqların onkoloji xəstəliklərinin müalicəsinin təkmilləşdirilməsini tələb edən analar və ahılların hüquqlarını müdafiə edən şəxslər üçün treninqlər keçirilib.
Haqsız hücumlara baxmayaraq, biz insanlara müəyyən edilmiş və layiqli gələcəklərini və Gürcüstan Konstitusiyası ilə təminat verilən fundamental hüquqlarını qorumağa kömək edən gürcü təşkilatlarını dəstəkləməyə davam edəcəyik”, - bəyanatda deyilir.


