Bu tarixdən etibarən gənclər hərbi xidməti Müdafiə Nazirliyində keçəcəklər
"Çağırış xidməti 2024-cü il yanvarın 1-dən Müdafiə Nazirliyinin tabeliyinə veriləcək və onu da demək istəyirəm ki, 2025-ci ildən bütün çağırışçılar Müdafiə Nazirliyində xidmət keçəcəklər".
InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu barədə hökumətin iclasında bildirib.
"Müxtəlif qurumlardan çağırışçıları gətiririk, çağırış ancaq Müdafiə Nazirliyində olacaq. Effektiv kurslar hazırlamışıq. 6 aylıq kurs. Minimum kurs 6 ay olacaq. Kimin hansı planları olmasından və gələcək karyerasını necə planlaşdırmaq istəməsindən asılı olaraq 8 və 12 aylıq kurslar da mövcuddur. Belə ki, çağırışçılar ən azı 6 ay orduda, Müdafiə Nazirliyində olacaqlar.
Həmçinin gənclərimizə bir daha izah etmək istərdim ki, məcəllədə yeni təşəbbüsü nəzərə almışıq ki, ona əsasən tələbə bu prosesə qoşula bilər. İl ərzində bir ay hərbi bazada olacaq və əsas nəzəri və praktiki təlimlərdən keçəcək. Düşünürəm ki, bu çox vacib olacaq. 4 il ərzində tələbə ümumilikdə 4 ay orduda xidmət edə biləcək və bundan sonra hərbi vəsiqə alacaq. Bu, çox mühüm təşəbbüsdür. Ən əsası isə bu məcəllə ehtiyat üçün möhkəm zəmin yaradacaq. Hesablamalarımıza görə, ildə 9-10 min çağırışçı hazırlayacağıq ki, bu da böyük nəticə olacaq, onillik perspektivdə isə 100 min gəncimiz hazır olacaq. Bu, ehtiyat sistemini gücləndirir və bunlar ölkə əhəmiyyətli təşəbbüslərdir. Bir daha bu mühüm sənədin yaradılmasında əməyi olan Parlamentə, Nazirliyə təşəkkür edirəm”, - deyə baş nazir bildirib.


