02 
Okt
2023
09:51
675

"10 il əvvəl 100 avroya Avropaya vizasız getmək ağlasığmaz idi" - İrakli Ğaribaşvili

"Avropaya səyahət yalnız Saakaşvilinin dəstəsi üçün nəzərdə tutulmuşdu. 10 il əvvəl vizasız 100 avroya Avropaya getmək ağlasığmaz idi. Bunu kim gətirdi?! Bunu “Gürcü Arzusu” gətirdi".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Ğaribaşvili bildirib.

“Hər hansı siyasi qüvvə, hər hansı hakimiyyət xalqımıza konkret nəticələr veribsə, bu, dönə-dönə Bidzina İvanişvili və “Gürcü Arzusu” hakimiyyətidir. Assosiasiya, Avropa Birliyi ilə azad ticarət, vizasız rejim, Avropa perspektivi. İndi simvolik, lakin vacib və növbəti mərhələ olan statusu gözləyirik. Yaxşı xatırlayıram, konsulluqlarda böyük növbələr var idi və biz adi insanlar Avropaya gedə bilmirdik, səyahət edə bilmirdik, çünki viza vermirdilər, ya da çox çətin verirdilər. O vaxtlar Avropaya turizm və ya başqa məqsədlər üçün səyahət yalnız imtiyazlılar, Saakaşvili dəstəsi üçün nəzərdə tutulmuşdu. 10 il əvvəl vizasız 100 avroya Avropaya getmək ağlasığmaz idi. Bunu kim gətirdi?! Bunu “Gürcü Arzusu”, Bidzina İvanişvilinin hakimiyyəti gətirib”, - Baş nazir qeyd edib.

İrakli Ğaribaşvilinin sözlərinə görə, o, 2012-ci il oktyabrın 1-də keçirilən seçkilərdə “Gürcü Arzusu”nun qalib gələrək “Milli Hərəkat” hakimiyyətini əvəzlədiyi tarixi prosesdə iştirak etdiyinə görə xoşbəxtdir.

“Cənab Bidzina İvanişvili ilə birlikdə getdiyimiz yola geri baxanda çox xoşbəxtəm. Mən bu tarixi prosesin iştirakçısı olmuşam. Ən əsası, xalqımıza ürəkdən təşəkkür etmək istəyirəm. Xalq liderə inandı və liderin rəhbərliyi altında xalq birləşdi, möhkəm dayandı və bu tarixi qələbəyə nail oldu”, - deyə Baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın