"Mənim fəal hərəkətlərimi yaxın həftələrdə və aylarda hamı görəcək" - Saakaşvili
"Mənim fəal hərəkətlərimi yaxın həftələrdə və aylarda hamı görəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvilinin özünün “Facebook” sosial şəbəkəsində yayılan məktubunda deyilir.
Saakaşvilinin sözlərinə görə, o, artıq 2 ildir ki, tamamilə günahsız “Rusiyanın və rus oliqarxının əsirliyindədir”.
“Onların özləri məni nədə ittiham etdiklərini bilmirlər və gah mənə “qatil” deyirlər, gah da min cür oxşar şey deyirlər.
Təbii ki, müharibədə Ukraynaya birbaşa kömək edə bilmədiyim üçün təəssüflənirəm, lakin Gürcüstanda qalmağıma peşman deyiləm, çünki burada olmağım simvolik və praktiki məna daşıyır. Simvolik olaraq bu, bu müharibənin və rusiyapərəst rejimin ədalətsizliyinin təsdiqi və geri çəkilməməyimin nümayişidir.
Mənim aktiv hərəkətlərimi yaxın həftələrdə və aylarda faktiki olaraq hamı görəcək. Mən hər bir gürcüyə kömək etmək üçün buradayam və onlar üçün həyatı daha humanist və ləyaqətli edəcəm.
Mən bunu əvvəllər etmişəm, indi də sizinlə edə biləcəyəm!”, - Saakaşvili sosial şəbəkədə yazıb.


