Təcrübəçilərin minimum əməkhaqqı 400-500 lari müəyyən edilə bilər
Təcrübəçilərin minimum əməkhaqqı 400-500 lari müəyyən edilə bilər.
InterPress.ge xəbər verir ki, bu, “Dövlət qulluğu haqqında” qanuna nəzərdə tutulan dəyişikliyə aiddir və dövlət müəssisələrində ödənişli staj imkanı yaradacaq.
“Gürcü Arzusu” fraksiyasının qanunvericilik təşəbbüsü olan qanun layihəsi bu gün Maliyyə və Büdcə Komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinin təşəbbüskarlarından olan Təhsil və Elm Komitəsinin sədri Qivi Mikanadzenin sözlərinə görə, təcrübəçilərin dövlət qurumlarının gündəlik fəaliyyətində rolu, eləcə də təşkilati idarəetmə proseslərinə cəlb olunması diqqətəlayiqdir. Müvafiq olaraq, onların əməyinin ödənilməsi imkanlarının hüquqi müstəvidə tənzimlənməsi vacibdir.
Onun sözlərinə görə, təcrübəçilərin əldə etdikləri bilik və təcrübədən praktikada səmərəli istifadənin əsaslarından biri də onların əməkhaqqının tənzimlənməsidir ki, dövlət qurumları üçün mühüm olan səriştəli şəxslər axışmasın və əldə olunan bilik və təcrübədən ictimai maraqlar üçün istifadə etsinlər.
Dövlət müəssisəsində təcrübə keçənlərin sayı və onların əməkhaqqının həddi Gürcüstanın “Dövlət müəssisəsində əməyin ödənilməsi haqqında” Qanunu ilə müəyyən edilir və tənzimlənir.
“Söhbət 400-500 laridən gedir, baxmayaraq ki, çatışmayan peşələrlə bağlı qeyd-şərtimiz var ki, qurumun buna imkanı varsa, daha yüksək əmsalla mükafat təyin etməlidir. Bu halda söhbət 1000 laridən gedir”, - Qivi Mikanadze bildirib.
Komitə qanun layihəsini dəstəkləyib.


