“Yaxın həftələrdə siz 10 namizəd ölkə və ya Avropa perspektivinə malik ölkələri əhatə edən genişlənmə üzrə yeni baxışımızı və paketimizi görəcəksiniz”- Varhey
Avropa İttifaqı qoşulmaq istəyən ölkələrə əlavə vəsait və bazara çıxış təklif edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə genişlənmə və qonşuluq məsələləri üzrə Avropa komissarı Oliver Varhey mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu təklif ümumilikdə 10 ölkəyə, namizəd statuslu 8 ölkəyə (Albaniya, Bosniya və Herseqovina, Moldova, Monteneqro, Şimali Makedoniya, Serbiya, Türkiyə və Ukrayna) və Avropa perspektivinə malik 2 ölkəyə (Gürcüstan və Kosovo) aid olacaq.
“Yaxın həftələrdə siz 10 namizəd ölkə və ya Avropa perspektivinə malik ölkələri əhatə edən genişlənmə üzrə yeni baxışımızı və paketimizi görəcəksiniz”, - Varhey bildirib.
Onun sözlərinə görə, bu sxemdə adı çəkilən ölkələr tamhüquqlu üzvlüyə qədər tədricən Avropa bazarına və Aİ-nin dörd azadlığına - malların, xidmətlərin, əmək və kapitalın sərbəst hərəkətinə çıxış əldə edəcəklər.
"Biz bu ölkələrin vahid bazara qoşulmazdan əvvəl, dörd azadlıq üzrə mərhələli inteqrasiyası üçün imkan yaratmaq istəyirik, çünki bu, Avropa İttifaqı və namizəd ölkələr üçün faydalı olacaq", - Varhei bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyasının təklifi üzvlük üçün zəruri olan islahatları sürətləndirmək üçün namizəd ölkələr üçün Aİ-dən əlavə razılıq tələb edir.


