Xabeişvili: "Faktiki olaraq, ölkəmizdə məhkəmə yoxdur"
"ABŞ Dövlət Departamentinin sanksiya tətbiq etdiyi “Klan” üzvləri sübutdur ki, məhkəmə əslində mövcud deyil və yalnız rus oliqarx İvanişvilinin siyasi alətidir".
InterPress.ge xəbər verir ki, bunu “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili deyib.
Onun sözlərinə görə, məhkəmədə ölkəmizin üzləşdiyi problem önəmlidir.
“Aydındır ki, dərin tədqiqatlar çox vacibdir, o cümlədən texniki detallar da diqqətəlayiqdiq, ancaq cəmiyyət çox gözəl anlayır ki, bizim ölkənin üzləşdiyi məhkəmə problemi bundan qat-qat önəmlidir. ABŞ Dövlət Departamentinin sanksiya tətbiq etdiyi “Klan” üzvləri sübutdur ki, məhkəmə əslində mövcud deyil və yalnız rus oliqarx İvanişvilinin, siyasi alətidir. Bu, ölkəmizin inkişafı və ölkəmizin Avropa gələcəyi üçün problem yaradır”, - Xabeişvili bildirib.


