Salome Zurabişvili Estoniya Prezidenti ilə görüşüb
Tallində Gürcüstan prezidenti Salome Zurabişvili Estoniya prezidenti Alar Kari ilə görüşüb.
InterPress.ge xəbər verir ki, görüşdən fotoları Prezident Administrasiyası yayıb.
Gürcüstan Prezidenti Salome Zurabişvilinin bəyanatına görə, Estoniyanın sarsılmaz dəstəyi həyati əhəmiyyət kəsb edir.
"Aİ-yə namizəd statusuna aparan bu mühüm yolda prezident Alan Kari ilə mühüm görüş keçirdim. Gürcüstan Estoniyanın çoxdankı dostu və tərəfdaşıdır. Sizin sarsılmaz dəstəyiniz Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir”, - prezident Zurabişvili “Twitter” səhifəsində yazıb.
Estoniya prezidentinin sözlərinə görə, onun ölkəsi Avropa İttifaqına gedən yolda Gürcüstanı dəstəkləyir.
"Gürcüstan prezidenti Salome Zurabişvili ilə gözəl görüş keçirdim. Estoniya Gürcüstanın ərazi bütövlüyünü və Avro-Atlantik inteqrasiyasını dəstəkləməyə qətiyyətlə sadiqdir. Biz Gürcüstanın Avropa Birliyinə gedən yolunda uğurunu dəstəkləyirik!”, - Estoniya Prezidenti Twitter-də yazıb.
Prezident sentyabrın 26-da Latviya Respublikasının Prezidenti Edqars Rinkeviç, sentyabrın 27-də Vilnüsdə Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşəcək.
Mətbuat xidmətinin məlumatına görə, Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsinə dəstək məqsədilə Avropa liderləri ilə görüşlər keçirilir.


