Azərbaycan Prezidenti: "Azərbaycan Qarabağda antiterror tədbirləri həyata keçirərkən öz suverenliyini tam bərpa etdi"
"Azərbaycan Qarabağda antiterror tədbirləri həyata keçirərkən öz suverenliyini tam bərpa etdi".
InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransında deyib.
“Əgər üç il əvvəl ikinci Qarabağ müharibəsi nəticəsində işğala son qoyduqsa, bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın istiqamətində sərhəd-keçid məntəqəsi yaratmaqla ərazi bütövlüyümüzü tam bərpa etdik. Beş gün əvvəl biz öz suverenliyimizi tam təmin və bərpa etdik.
24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizlə razılaşdı və bununla da Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi”, - Əliyev deyib.


