22 
Sen
2023
20:44
581

Muxalifət lideri aksiyada saxlanılıb

Qldanda “Vahid Milli Hərəkat” üzvləri ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında  fiziki qarşıdurma yaşanıb.

InterPress.ge xəbər verir ki, məlumata görə,  “Milli Hərəkat”ın keçmiş sədri Nika Melia və partiya üzvü Baço Dolidze hüquq-mühafizə orqanları tərəfindən ərazidən çıxarılıb və onların saxlanıldığı iddia edilir.

Baço Dolidze və Nika Meliyanın saxlanılıb-saxlanılmadığını və yaxudda sadəcə olaraq ərazidən qovulduğu hələlik  Daxili İşlər Nazirliyindən dəqiqləşdirilməyib.

Qeyd edək ki, Qldanidə "Vahid Milli Hərəkat" üzvləri Tbilisi şəhər şurasının 
"Milli Hərəkat"dan olan üzvü İrakli Edzveradzeyə hücum etdikdən sonra toplaşıblar.
 

İrakli Edzveradzenin bildirdiyinə görə, o, 30-dan çox şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb.

Edzveradzenin sözlərinə görə, ona hücumu əmr edən şəxs  Şəhər Şurasının əksər deputatı, “Gürcü arzusu”nun üzvü Kote Zarnadzedir. “Milli Hərəkat” üzvləri hücumu bu gün Tbilisi Şəhər Şurasında Edzqveradze ilə Zarnadzenin fiziki olaraq üz-üzə gəlməsi ilə əlaqələndirirlər.

Bizimlə əlaqə saxlayın