22 
Sen
2023
08:37
365

Bu gün İrakli Ğaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasının iştirakçıları qarşısında çıxış edəcək

Gürcüstanın baş nazirinin rəhbərliyi ilə Gürcüstan nümayəndə heyətinin Nyu-Yorka səfəri davam edir.

InterPress.ge xəbər verir ki, bu gün İrakli Ğaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasının iştirakçıları qarşısında çıxış edəcək.

Gürcüstanın baş naziri artıq hökumət başçıları formatında keçirilən müzakirədə iştirak edib. Baş Assambleya çərçivəsində müxtəlif ölkələrin liderləri ilə bir sıra təkbətək görüşlər baş tutub.

Gürcüstan hökumətinin başçısı sentyabrın 16-da ABŞ-a gedib.

Bizimlə əlaqə saxlayın