"Saakaşvilinin çağırışları onların beynində təbii olaraq inqilabi planın formalaşdığının daha bir sübutudur" - Kobaxidze
"Saakaşvilinin çağırışları onların beynində təbii olaraq inqilabi planın formalaşdığının daha bir sübutudur, ancaq onlar buna nail ola bilməyəcəklər. Bununla belə, biz heç bir halda sakitləşməməliyik".
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Gürcü Arzusu” partiyasının sədri, parlament çoxluğunun lideri İrakli Kobaxidze bildirib.
O, Mixeil Saakaşvilinin məhkəmə iclasında küçə aksiyalarının təşkili ilə bağlı səsləndirdiyi ifadələrə cavab verib.
Kobaxidzenin fikrincə, müxalifət nə qədər zəif olarsa, təxribat riski də bir o qədər çox olar.
“Dünən gün boyu əhaliyə yalan danışıblar ki, əmanətləri dondurulacaq, nə ölkə daxilində, nə də xaricdə kartla ödəyə bilməyəcəklər, yəni camaata min yalan danışıblar, yenə də küçələrə 200-dən çox adam çıxara bilmədilər.
Cəmiyyət artıq çox təcrübəlidir və artıq belə yalanları qəbul etmir və hər şeyi çox gözəl anlayır. Müvafiq olaraq, bu hərəkət uğursuz oldu", - deyə o söyləyib.


