20 
Sen
2023
22:37
477

Parlament yaxınlığında davam edən aksiya başa çatıb

Gürcüstan parlamenti yaxınlığında davam edən aksiya başa çatıb.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Gürcüstan Milli Bankının qərarına etiraz ediblər ki, bu qərara əsasən, Gürcüstan məhkəməsində onun barəsində müvafiq iş üzrə təqsirli bilinməyən Gürcüstan vətəndaşına beynəlxalq sanksiyalar tətbiq edilə bilməz.

Bir yerə toplaşan müxalif siyasətçilər və aksiya iştirakçıları Milli Bankın prezidenti vəzifəsini icra edən Natia Turnavanın istefasını tələb edib, eyni zamanda, bu qərarın ölkənin bank sistemi və iqtisadiyyatı üçün təhlükə yaratdığını iddia ediblər.

Onların sözlərinə görə, etirazlar davam edəcək.
Bundan əlavə, təşkilatçıların elan etdiyi kimi, növbəti aksiya sentyabrın 22-də səhər, daxili işlər naziri Vaxtanq Qomelaurinin parlamentə gəlişi ilə keçiriləcək.

“Cümə günü parlamentdə görüşürük. Daxili işlər naziri Vaxtanq Qomelauri parlamentə gedir. O, təkcə siyasi deyil, həm də kriminal baxımdan şouya birbaşa cavabdeh olan şəxsdir”, - “Milli Hərəkat”ın üzvü İrakli Pavlenişvili aksiya iştirakçılarına müraciət edib.

Bizimlə əlaqə saxlayın