20 
Sen
2023
13:57
353

Gürcüstan, Türkiyə və Rusiya arasında bərə reysləri başlayacaq

 Gürcüstan, Türkiyə və Rusiya arasında bərə reysləri başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya-Gürcüstan İşgüzar Şurasının iclasından sonra jurnalistlərə Rusiya Ticarət və Sənaye Palatasının (SPA) vitse-prezidenti Vladimir Padalko bildirib.

"Biz dənizçilik sahəsində Türkiyə-Gürcüstan-Rusiya bərə xidməti haqqında danışdıq. İndi 150 avtomobil və 300 sərnişin üçün nəzərdə tutulmuş bərə istifadəyə veriləcək və o, demək olar ki, bütün il boyu işləyəcək", - Padalko bildirib.

Onun sözlərinə görə, görüşdə Gürcüstan və Rusiya arasında dəmir yolu hərəkətinin bərpası məsələsi müzakirə olunub.

"Əgər biz dəmir yolu əlaqəsini bərpa edə bilsək, İnquşetiyanın bizə təklif etdiyi yeni marşrutlar necə gedəcək? Yaxudda Abxaziyadan keçən köhnə marşrutu bərpa edəcəyik ki, bu, sıçrayış anı olacaq", - Palatanın vitse-prezidenti bildirib.

Bizimlə əlaqə saxlayın