19 
Sen
2023
14:58
493

Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların partlaması nəticəsində 3393 nəfər mina qurbanı olub

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Ermənistanın Azərbaycana qarşı qəsdən və ayrı-seçkilik etmədən törətdiyi mina terroru nəticəsində həlak olan və yaralananlar barədə məlumat dərc edib.

InterPress.ge xəbər verir ki, agentliyin məlumatına əsasən, 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək olan müddətdə mina qurbanlarının və yaralananların sayı aşağıdakı kimidir:

Ölən mülki əhalinin sayı 48, yaralıların sayı isə 101 nəfər təşkil edir.

13 nəfər hərbçi həlak olub, 152 hərbçi isə yaralanıb.

Qeyd olunan müddətdə mina qurbanlarının ümumi sayı 314 nəfər təşkil edib. Onlardan 61 nəfər ölüb, 253 nəfər isə yaralanıb.

1991-ci ildən bu günə kimi ANAMA tərəfindən 3393 mina qurbanı qeydə alınıb. Onların arasında gənc və uşaqların sayı 357 nəfər, qadınların sayı isə 38 nəfər təşkil edir.

Bizimlə əlaqə saxlayın