19 
Sen
2023
08:18
233

Gürcüstan daha bir ölkə ilə vizasız gediş-gəliş haqqında sərəncam imzaladı

Gürcüstan və Peru Respublikası arasında vizasız gediş-gəliş haqqında saziş BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Gürcüstanın Xarici İşlər Naziri İliya Darçiaşvili və Peru Xarici İşlər Nazirliyinin rəhbəri Ana Sesiliya Gervas arasında keçirilən görüşdə imzalanıb.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Nyu-Yorkda keçirilən görüşdə tərəflər ikitərəfli və çoxtərəfli gündəliyin cari məsələlərini və gələcək perspektivləri müzakirə ediblər.

“Yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin və siyasi, ticarət-iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

İlya Darçiaşvili həmkarı ilə görüşdə Gürcüstan üçün Latın Amerikası ölkələri ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün, xüsusən də xidmətlər və dövlət xidmətləri sahəsində Gürcüstanın uğurlu islahatları təcrübəsinin bölüşdürülməsi baxımından fəal işləmək barədə razılığa gəliblər”, - Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib

Bizimlə əlaqə saxlayın