Ukrayna XİN Təhlükəsizlik Şurasının bəyanatına cavab verib
"Ukrayna dövləti Gürcüstanın daxili işlərinə qarışmayıb, qarışmır və qarışmaq niyyətində deyil”
lnterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib.
Oleq Nikolenko dövlət çevrilişinin hazırlanması ilə bağlı məlumatların reallığa uyğun olmadığını, Gürcüstan hakimiyyətinin Ukraynanı şeytanlaşdırmağa çalışdığını bildirir.
“Bu məlumat reallığa uyğun gəlmir. Gürcüstanın indiki hakimiyyəti daxili siyasi məsələləri həll etmək üçün növbəti dəfə Ukraynanı şeytanlaşdırmağa çalışır. Ukrayna dövləti Gürcüstanın daxili işlərinə qarışmayıb, qarışmır və qarışmaq niyyətində deyil”, - deyə Nikolenko bildirib.
Məlumat üçün bildirək ki, DTX -nin məlumatına görə, Gürcüstan ərazisində və onun hüdudlarından kənarda fəaliyyət göstərən müəyyən qrup şəxs cari ilin oktyabr-dekabr aylarında Gürcüstanda sabitliyin pozulması və vətəndaş iğtişaşları təşkil etməyi planlaşdırır ki, bunun da son məqsədi zorakılıqla Gürcüstanda sabitliyi dəyişməkdir.
Məlumata görə, Gürcüstanın keçmiş daxili işlər naziri Vano Merabişvilinin müavini, hazırda Ukrayna hərbi kəşfiyyatı rəhbərinin müavini Giorgi Lortkipanidze və ona tabe olan gürcü əsilli şəxslər, o cümlədən üçüncü Prezidentin keçmiş mühafizəçisi Mixeil Baturini və həmçinin Saakaşvilinin yaxın ətrafından olan, Ukraynada fəaliyyət göstərən “Gürcü legionu”nun komandiri Mamuka Mamulaşvili bu planın müəlliflərindəndir.