18 
Sen
2023
12:06
150

Kaxa Kaladze: "Nə qədər axtarsanız da səhv, qanunsuz iş gördüyümü deyə bilməzsiniz"

"Gizlədəcək heç nəyim yoxdur və nə qədər axtarsanız da, Kaxa Kaladzenin səhv, qeyri-qanuni, qanuna zidd nəsə etdiyini deyəcək heç nə tapa bilməzsiniz - mən öz vəsaitim hesabına səyahət etmişəm, büdcədən xərcləməmişəm".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze hökumət təyyarəsindən istifadə etməsi ilə bağlı açıqlama verib.

Kaladzenin sözlərinə görə, onun bəyannaməsində şəxsi vəsaiti ilə dövlət təyyarəsindən istifadə etməsi əks olunub.

"Təyyarədən istifadə etdiyimi birinci mən təsdiqlədim, lakin ölkənin keçmiş prezidentinin illər boyu etdiyi kimi büdcə hesabına yox və bilirsiniz ki, şəxsi səfərlər üçün milyonlarla vəsait havaya sovrulur, bu, çox ağır və pisdir”, - Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın