Gürcüstanın baş naziri İrakli Ğaribaşvili nümayəndə heyəti ilə birlikdə Amerika Birləşmiş Ştatlarına gedib.
InterPress.ge xəbər verir ki, hökumət başçısı Nyu-Yorka səfəri çərçivəsində BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi debatlarının iştirakçıları qarşısında çıxış edəcək.
Baş nazir çıxışdan əvvəl BMT Baş Assambleyasının 78-ci sessiyasının açılış mərasimində iştirak edəcək.
Səfər çərçivəsində İrakli Ğaribaşvili ikitərəfli, yüksək səviyyəli görüşlər keçirəcək.
