15 
Sen
2023
12:17
310

Hökumət Şovi və Quriyada təbii fəlakət nəticəsində həlak olanların ailələrinə 20 min lari verəcək

Baş nazir İrakli Ğaribaşvilinin verdiyi açıqlamaya görə, hökumət Şovi və Quriyada təbii fəlakət nəticəsində həlak olanların ailələrinə 20 min lari verəcək.

InterPress.ge xəbər verir ki, Ğaribaşvili bu barədə hökumətin iclası başlamazdan əvvəl məlumat verib.

Baş nazirin izah etdiyinə görə, dövlət Quriyada təbii fəlakət nəticəsində zədələnmiş və ya dağılmış evlərin sahiblərinə kömək edəcək.

“Bir daha Şovidə baş verən faciəyə və bir neçə gün əvvəl Quriyada baş verən və 3 nəfərin ölümü ilə nəticələnən faciəyə toxunmaq istəyirəm. Şovidə bu böyük faciədə, böyük fəlakətdə 32 vətəndaşımız həlak olub. Bununla bağlı müzakirə apardıq və qərara gəldik ki, ölənlərin ailələrinə hər mərhuma görə 20 min lari məbləğində birdəfəlik pul yardımı edək. Onu da deyim ki, Quriyada bir çox həmvətənlərimizin evinə ziyan dəyib, çoxları dağılıb, o evlərdə yaşamaq və ya qalmaq mümkün deyilsə, bu ailələrə ya yeni ev veriləcək, ya alacağıq, ya tikəcəyik, ya da biz pul köçürəcəyik və onların özləri alacaqlar. Quriyadan olanlara demək istədim ki, narahatçılığa əsas yoxdur, biz onlara hər işdə kömək edəcəyik, problemlərini həll edəcəyik. Qalan işlər fəal şəkildə aparılır, bölgələrdə təbii fəlakətin nəticələri aradan qaldırılır. Fürsətdən istifadə edib ictimaiyyətin nəzərinə çatdırmaq istərdim ki, bərpa və ləğvetmə işlərində bir çox gürcü şirkətləri dövlətə yardım edib, büdcədən bir qəpik belə alınmayıb. Mən bu töhfəni verən bütün şirkətlərə ürəkdən təşəkkür etmək istərdim və biz Şovidəki fəlakətin nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün şirkətlərin adlarını ətraflı dərc edəcəyik”, – Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər