11 
Sen
2023
18:50
426

Salome Zurabişvili müxalifət nümayəndələri ilə görüşüb

Gürcüstan prezidenti Salome Zurabişvili müxalifət nümayəndələri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, məlumata görə,  Zurabişvili ilə  keçirilən görüşdə Salome Samadaşvili, “Gürcüstan naminə” partiyasının üzvləri: Ana Buçukuri və Natia Mezvrişvili,  “Avrooptimistlər”in deputatı Xatiya Dekanoidze iştirak ediblər.

Prezidentlə görüşdən sonra müxalifət siyasətçiləri bildirib ki, söhbətin əsas mövzusu Avropa Komissiyasının 12 tövsiyəsi olub.

Müzakirə mövzusu bu tarixi şansı əldən verməmək və ölkənin “Gürcü arzusu”nun təxribatına baxmayaraq, namizəd statusu alması üçün cəmiyyət insanlarının nə edə biləcəyidir”, - deyə Salome Samadaşvili görüşdən sonra bildirib.

Qeyd edək ki, prezident administrasiyası hələlik görüşlərlə bağlı rəsmi məlumat yaymayıb.

Bizimlə əlaqə saxlayın