Gürcüstanlı din və media nümayəndələrinin iştirakı ilə Kərbalada konfrans keçirilib - FOTO
İraqın Kərbəla şəhərində Ərbəyinlə bağlı İmam Huseyn (ə) ziyarətgahının təşkilatçılığı ilə 8-ci beynəlxalq Ərbəyin konfransı keçirilib.
InterPress.ge xəbər verir ki, sözügedən konfransa Gürcüstandan da nümayəndə heyəti qatılıb.
Belə ki, konfransa Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin nümayəndələri, media təmsilçiləri və fəal dindarlar dəvət olunub.
Bununla yanaşı, konfransda Almanya, Böyük Britaniya, Hollandiya və başqa Avropa ölkələrindən Xristian din alimləri və Jurnalistlər də iştrak ediblər.
Baş tutan Konfransda elmi müzakirələr, dinlər arası tolerantlıq və İmam Huseyn (ə) şəhadətinin fəlsəfi tərəfləri müzakirə olunub.
Konfransın açılışı İmam Huseynin (ə) ziyarətgah kompleksində başlayıb, daha sonra isə başqa elmi mərkəzlərdə davam edib.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti ilə birgə digər xarici ölkələrdən gələn iştirakçılara da xüsusi mükafatlar təqdim olunub.


