10 
Sen
2023
18:15
428

Gürcüstan XİN Qarabağda keçirilən qondarma "seçkilər"i tanımadığını bildirib

Gürcüstan Xarici İşlər Nazirliyi Qarabağda keçirilən qondarma "seçkilər"i tanımadığını bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Gürcüstan XİN Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Qarabağda 2023-cü il sentyabrın 9-da keçirilən qondarma "prezident seçkiləri"ni tanımır" - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın