09 
Sen
2023
23:48
334

“Yaponiya və Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd hazırlamağa başlayacaq”-Zelenski

 "Yaponiyanın xarici işlər naziri ilə görüşdə təhlükəsizlik təminatlarına dair ikitərəfli sənədin hazırlanmasına başlanılması barədə razılıq əldə olunub".

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

"Çox mühüm təhlükəsizlik nəticəsi  əldə etdik- biz Yaponiya ilə təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli sənədin hazırlanmasına başlamaq barədə razılığa gəldik. Biz artıq ABŞ, Böyük Britaniya və Kanada ilə işləyirik. İndi isə- Yaponiya ilə", - Zelenski bildirib.

Xatırladırıq ki, bu gün Yaponiyanın xarici işlər naziri Ukraynada olub.

Məlumat üçün bildirək ki, təhlükəsizlik təminatları G7 ölkələrinin (Almaniya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, İtaliya və Yaponiya) liderlərinin iyulun 12-də razılaşdıqları Ukraynaya dəstək haqqında birgə bəyannaməyə daxil edilib.

Bizimlə əlaqə saxlayın