Cozef Borell: "Gürcüstanın yanında olmağa davam edəcəyik və bunlar sadəcə sözlər deyil"
"Üçüncü mesajım Gürcüstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstək haqqındadır".
InterPress.ge xəbər verir ki, bu barədə Aİ-nin ali nümayəndəsi Cozef Borell baş nazir İrakli Ğaribaşvili ilə birgə mətbuat konfransında bildirib.
“Bu gün Rusiyanın Ukraynaya müdaxiləsi kontekstində Gürcüstanla münasibətlərimiz çox güclüdür. Biz Gürcüstanın yanında olmağa davam edəcəyik və bunlar sadəcə söz deyil. Biz bunu konkret işlərlə, investisiyalarımızla sübut edirik. Bizim regionda xüsusi nümayəndəmiz və 15 ildir ki, ölkədə fəaliyyət göstərən Avropa İttifaqının monitorinq missiyası var. Bu müddət ərzində missiya sabitliyin təmin edilməsində və gərginliyin azaldılmasında böyük rol oynayır”, - Borrell bildirib.


