Baş nazir: "Bu tövsiyyələr müəyyənləşəndən sonra qütbləşmə azalmadı, əksinə, artdı"
"Bu tövsiyyələr müəyyənləşəndən sonra qütbləşmə azalmadı, əksinə, artdı, çünki Gürcüstanda fəaliyyət göstərən radikal, anti-Avropa qüvvələri bu prosesi sabotaj etməyə çalışır".
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvili Cozef Borellə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hakim qüvvə bütün müxalif qüvvələrlə əməkdaşlığa hazırdır.
“Məhz onlar üçün əsas spekulyativ mövzulardan biri ölkəyə statusun verilməsidir ki, bundan radikal qüvvələr ölkədə sabitliyi pozmaq üçün istifadə edirlər. Vurğulamaq istəyirəm ki, Gürcüstan hakimiyyəti, hakim partiya milli ideyanın həyata keçirilməsi üçün bütün müxalifət qüvvələri ilə əməkdaşlığa tam hazır idi, hazırdır və bundan sonra da olacaq. Təbii ki, eyni zamanda, bizim üçün əsas prioritet sülh və sabitliyi qorumaq və xalqımız üçün firavanlığı təmin etməkdir”, - İrakli Ğaribaşvili bildirib.


