06 
Sen
2023
18:51
290

Volodimer Zelenski: “Rusiya terrorunu məğlub etmək hamımızın vəzifəsidir“

"Rusların Konstantinovka bazarına hücumu məqsədli şəkildə edilib"

InterPress.ge xəbər verir ki, bu  barədə Ukrayna prezidenti Volodimer Zelenski Kiyevdə Danimarkanın baş naziri Mette Frederiksenlə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Mən komandamla dəfələrlə Konstantinovkada olmuşam. Buranı bilənlər isə yaxşı bilirlər ki, bura mülki yerdir, yaxınlıqda hərbi hissə yoxdur. Vuruş qəsdəndir. Biz başa düşürük ki, onlar [ruslar] Ukrayna Müdafiə Qüvvələrinin bu və ya digər müsbət hücum addımı həyata keçirilən zaman əvvəlki kimi edirlər”, - deyə Zelenski bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, “bu rus terrorunu məğlub etmək bizim hamımızın, dünyada hər kəsin, ukraynalıların, tərəfdaşlarımızın vəzifəsidir”.

Məlumat üçün bildirək ki, rus işğalçılarının Konstantinovka bazarını bombalaması nəticəsində 16 nəfər ölüb, 31 nəfər yaralanıb. Dağıntıların təmizlənməsi davam edir.

Bizimlə əlaqə saxlayın