06 
Sen
2023
12:21
1661

Gürcücstandan Azərbaycana aşağıbüdcəli aviaşirkət bu gündən uçuşlara başlayır - BİLETİN QİYMƏTİ...

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aviaşirkətlərin sırasına Gürcüstanın “Georgia Wings” aviadaşıyıcısı əlavə olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə nazirliyə istinadən xəbər verir.

Gürcüstan aviadaşıyıcısının Tbilisi-Bakı marşrutu üzrə ilk reysi sentyabrın 6-da həyata keçəcək. Aviaşirkət 72 nəfər üçün nəzərdə tutulmuş ATR72-500 təyyarəsi ilə Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə 3 dəfə olmaqla (çərşənbə, cümə və bazar günləri) müntəzəm uçuşlar yerinə yetirəcək.

Aviabiletin ilkin qiyməti rüsumlar daxil olmaqla 89 Avro (GEL ekvivalenti) təşkil edir, təyyarədə yemək səyahət zamanı təmin edilir.

Qeyd edək ki, yaxın zamanda “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirilməyə başlayacaq. Bu da büdcəli səyahətlər üçün yeni perspektivlərin açılmasını və ölkəmizin daha da əlçatan və cəlbedici turizm məkanına çevrilməsi istiqamətində işlərin fəal şəkildə davam etdiyini göstərir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər