05 
Sen
2023
15:56
420

Volker: "Hazırda Aİ-də Gürcüstana namizəd statusunun indi, yoxsa gələcəkdə verilməsi ilə bağlı müzakirələr gedir"

Avropa Siyasətinin Təhlil Mərkəzinin (CEPA) nümayəndəsi Tbilisidə keçirilən hazırkı beynəlxalq konfransda bildirib ki, hazırda Avropa İttifaqı Gürcüstana namizəd statusunun verilməsini müzakirə edir.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, Avropa komissarı Cozef Borrelin yaxın bir neçə gündə Gürcüstana gəlişi bu proses üçün faydalı olacaq.

"Hazırda Aİ-də Gürcüstana namizəd statusunun indi, yoxsa gələcəkdə verilməsi ilə bağlı müzakirələr gedir. Bəziləri hesab edir ki, indi bu statusun verilməməsi Putinin istədiyidir, yəni Gürcüstanı Avropadan uzaqlaşdırmaq istəyir. Lakin bəziləri isə, düşünür ki, Gürcüstan ilk növbədə şərtləri yerinə yetirməlidir.Ona görə də Cozef Borelin indi Gürcüstana gəlməsi faydalıdır.O, insanlarla görüşüb, özü nəticə çıxaracaq”, - deyə Volker bildirib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrel sentyabrın 7-8-də Gürcüstana səfər edəcək.

 

 

Bizimlə əlaqə saxlayın