Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdir
TVCANLI

Marneulidə “SOYDAŞ” Forumu keçiriləcək

345
Marneulidə “SOYDAŞ” Forumu keçiriləcək
Dinləmək üçün basın

Marneulidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Soydaş" Gürcüstan - 2023 adlı Forum və sərgi keçiriləcək.

Marneulidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Soydaş" Gürcüstan - 2023 adlı Forum və sərgi keçiriləcək.

InterPress.ge xəbər verir ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi tərəfindən keçiriləcək tədbir zamanı Gürcüstanda yaşayan azərbaycanlılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gələcək.

Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Forumun mahiyyətindən danışıb.

O bildirib ki, Forumun Gürcüstan-Azərbaycan arasında mövcud əlaqələrə, regional istiqrara, sülh və rifaha dəstək baxımından töhfə verəcəyinə inanır.

T.Allahverdilinin sözlərinə görə, Forumda Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, Gürcüstan parlamentində təmsil olunan deputatlar, rəsmi şəxslər və digər qonaqların iştirakı ilə bu ölkədə yaşayan soydaşlarımızla müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Təşkilat sədri vurğulayıb ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, eləcə də 100-dən çox qonağı bir araya gətirməkdir.

Onun sözlərinə görə, həmçinin Ulu Öndərin Gürcüstan və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinə verdiyi misilsiz töhfələr, dövlətlər arasında mövcud olan əlaqələrin dəyərləndirilməsi, gənclərin və media əlaqələrinin inkişaf mərhələsinə təsirləri və gələcək perspektivləri danışmaq üçün olduqca uyğun bir ortam yaratmaqdır.

Qeyd edək ki, Forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə 9 sentyabr saat 13:00-da Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzində keçiriləcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Gürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkSon xəbərlərə bax →