İrakli Kobaxidze: "Gürcüstan 2030-cu ilə qədər Aİ-yə üzv olmağa hazır olacaq"
" Bizim nikbinliyə əsasımız var, çünki namizəd statusu almaq üçün hər şey hazırdır”.
lnterPress.ge xəbər verir ki, bu barədə“Gürcü arzusu”nun sədri İrakli Kobaxidze bildirib.
“Şarl Mişelin açıqlamasına gəlincə, bu bəyanatın müsbət və mənfi tərəfləri var idi. Ümumiyyətlə, konkret bir tarixi, ili qeyd etmək vacib idi, lakin bu bəyanat bir qədər ümumi idi və 2030-cu ilə kimin aid olduğu maraqlıdır. Avropa Birliyinə namizəd ölkələr var ki, namizəd statusu alıblar, məsələn, 18, 12 il bundan əvvəl belə ölkələr var. Söhbət təkcə bu ölkələrdən, əsasən də Balkan ölkələrindən gedirsə, bu başqa məsələdir. 18 il əvvəl hansısa ölkə namizəd olduqda və ona 7 ildən sonra Avropa Birliyinə üzv ola biləcəyi ilə bağlı vəd olanda, təbii ki, bu, böyük nikbinliyə əsas vermir. Ümid olunur ki, gələcəkdə namizəd statusu olan və ya yaxın gələcəkdə namizəd statusu alacaq bütün ölkələr üçün 2030-cu ilin müvafiq tarix olduğu dəqiqləşdiriləcək. Namizəd statusu almaq üçün hər şey ediləcək. 12 bəndi yerinə yetirməkdə çox nəzərəçarpacaq irəliləyiş əldə etdik. Bu istiqamətdə işlər davam etdirilir və yaxın vaxtlarda başa çatdırılacaqdır. Hökumətimiz Avropa Birliyi qarşısında əvvəldən axıra qədər şəffaf olacaq, dekabrda bizə namizəd statusunun verilməsi üçün bütün əsaslar hazır olacaq. Bir daha təkrar edirəm ki, siyasi qərar 50/50-dir. Görək hansı qərarı verəcəklər. Bizim nikbinliyə əsasımız var, çünki namizəd statusu almaq üçün hər şey hazırdır. Ümumiyyətlə, konkret bir tarixin adlandırılması pis deyil, yaxşıdır, amma bu tarixin kimə şamil olduğunu dəqiqləşdirmək lazımdır”, - deyə Kobaxidze bildirib.
Bundan başqa, “Gürcü arzusu” sədrinin sözlərinə görə, “müxalifət Gürcüstanın dekabrda namizəd statusu almasını istəmir”.
“2030-cu ildə kiminsə üzv statusu almaq perspektivi varsa, o, Gürcüstan olacaq, baxmayaraq ki, bu məsələdə bizə daha çox konkretlik lazımdır”, - deyə Kobaxidze qeyd edib.
Məlumat üçün bildirək ki, Avropa Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqının genişlənməsinin artıq xəyal olmadığını və 2030-cu ilə qədər İttifaqın buna hazır olması lazım olduğunu bildirib.


