29 
Avq
2023
11:42
501

Sentyabr ayından etibarən siyasi partiyalar gəlir və xərcləri barədə məlumatı Korrupsiyaya Qarşı Mübarizə Bürosuna təqdim etməli olacaqlar

Siyasi maliyyənin şəffaflığı ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Gürcüstanda fəaliyyət göstərən siyasi partiyalar sentyabrın 1-dən öz maliyyə hesabatlarını “Korrupsiyaya Qarşı Mübarizə Bürosuna” təqdim etməyə borclu olacaqlar.

InterPress.ge xəbər verir ki, məlumat Qanunvericilik Bülletenində mövcuddur.

“Korrupsiyaya Qarşı Mübarizə Bürosu”na təqdim olunan hesabatda xərclər, gəlirlər və siyasi ianələr barədə məlumatlar olmalıdır.

2022-ci ilin dekabrında Gürcüstan parlamenti üç dinləmədə Korrupsiyaya Qarşı Mübarizə Bürosunun yaradılması ilə bağlı qanunvericiliyə düzəlişləri dəstəkləyib. Korrupsiyaya Qarşı Mübarizə Bürosuna Rajden Kupraşvili rəhbərlik edir.

Bizimlə əlaqə saxlayın