Qanunverici orqan gələn həftə payız sessiyasını açacaq.
InterPress.ge xəbər verir ki, reqlamentə əsasən, qeyd olunan tarix sentyabrın ilk çərşənbə axşamına təyin olunduğu üçün plenar iclas sentyabrın 5-də keçiriləcək.
Payız sessiyasında dövlət orqanlarının, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin illik hesabatları dinləniləcək. Bu sessiya çərçivəsində nazirlər saatı formatları müəyyən ediləcək
