28 
Avq
2023
17:55
308

Şarl Mişel: “Aİ-nin genişlənməsi artıq xəyal deyil“

Avropa Şurasının prezidenti Şarl Mişelin sözlərinə görə, Avropa İttifaqının mümkün genişlənməsi 2030-cu ilə qədər baş verəcək.

InterPress.ge xəbər verir ki, bu barədə o, Sloveniyanın Bled şəhərində keçirilən beynəlxalq strateji forumda bildirib.

 
“Keçən iyun ayında biz Ukrayna və Moldovaya namizəd statusu verdik (Aİ üzvlüyünə). Lazımi addımları atacağı təqdirdə eyni status Gürcüstanı da  gözləyir. Beləliklə, indi genişlənmə artıq xəyal deyil. İrəliyə doğru hərəkət etmək lazımdır”, - Mişel bildirib.

Onun sözlərinə görə, genişlənmə prosesi həm gələcək üzv ölkələr, həm də Avropa İttifaqı üçün "çətin  və bəzən də ağrılı" olacaq.

Bizimlə əlaqə saxlayın