Medvedev 2008-ci ildə “Cənubi Osetiya”da baş vermiş hadisələrə görə Saakaşvilini günahlandırır
"2008-ci ildə “Cənubi Osetiya”da baş verən hadisələrə görə məsuliyyət Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və ölkənin siyasi rəhbərliyinin üzərinə düşür".
InterPress.ge xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Siyasi həyatda hər şey elə qurulub ki, birinci şəxs son qərarı verir və buna görə məsuliyyət daşıyır. Gürcüstan tərəfdən o, birinci nömrə olaraq təcavüzə başlamaq qərarına gəldi. Amerikanın rolunu nəzərə alsaq belə, təxribatlar nəticədə bir şəxsin – dövlət başçısının qərarıdır. O [Saakaşvili] və Gürcüstanın o vaxtkı rəhbərliyi məsuliyyət daşıyır”, - Medvedev TASS və RT-yə bildirib.
Onun sözlərinə görə, Mixeil Saakaşvili “özü şişirdilmiş şəxsdir” və bu, sonda onu “siyasi meyitə çevirib”.


