25 
Avq
2023
22:58
295

"Ukraynanı diplomatik baxımdan zəngin payız gözləyir"- Zelenski

"Ukraynada diplomatik baxımdan zəngin payız olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayma prezidenti Vladimer Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna gələn həftə Ukrayna dövlətini zəiflədənlərdən qorumaq üçün qanunvericilik dəyişiklikləri qəbul edəcək.

“Biz həmçinin payıza yeni beynəlxalq tədbirlər, tərəfdaşlarla münasibətlərdə yeni addımlar hazırlayırıq ki, bu da Ukraynanı gücləndirməlidir. Payız diplomatik baxımdan zəngin olacaq... Gələn həftəyə hazırlaşırıq. Xüsusi daxili siyasi görüşlər olacaq. Onlar artıq planlaşdırılır. O ki qaldı qanunvericilik qərarlarına... dövlətimizi zəiflətməyə çalışanların hamısından, təəssüf ki, dövlət sistemində vəzifələr tutsalar da, Ukrayna haqqında düşünməyənlərdən mütləq qoruyacaq bir qanun qəbul ediləcək. Ukraynanın gücünə alternativ yoxdur”, - deyə Zelenski bildirib.

O, həmçinin Baxmut istiqamətində döyüşən Ukrayna müdafiəçilərinə də təşəkkür edib.

Bizimlə əlaqə saxlayın